ELM VƏ TƏHSİL
Alimləri birgə elmi araşdırmaların yollarını müzakirə ediblər
Bakı, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İdarəetmə Sistemləri İnstitutunun (İSİ) laboratoriya müdiri, akademik Asəf Hacıyev Hong-Kongun City və Çinin Siçuan Universitetlərində elmi ezamiyyətdə olub.
İSİ-dən AZƏRTAC-a bildiriblər ki, A.Hacıyev City Universitetində təşkil olunmuş seminarda çıxış edib. ABŞ-ın Stanford və C.Vaşington Universitetlərinin professorlarının iştirak etdikləri tədbirdə tətbiqi statistikanın müasir problemləri istiqamətində müəlliflərin aldıqları son elmi nəticələr müzakirə olunub.
Alim Siçuan Universitetində mühazirələr oxuyub, ehtimal nəzəriyyəsi və tətbiqi statistika sahəsində aldığı son nəticələri tədbir iştirakçılarına təqdim edib. Görüşdə ABŞ, Yaponiya, Cənubi Koreya universitetlərinin tanınmış alimləri ilə birgə elmi araşdırmaların yolları müzakirə olunub.