İDMAN


Alişer Usmanov yenidən Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti seçilib

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC 

Alişer Usmanov daha 4 il müddətinə Beynəlxalq Qılıncoynatma Federasiyasının (FİE) prezidenti seçilib.

AZƏRTAC xəbər verir ki, qurumun Moskvada keçirilən konqresi zamanı bu posta A.Usmanov yeganə namizəd olub. Reqlamentə əsasən, alternativi olmadığı üçün seçki keçirilməyib və bütün nümayəndələrin ümumi razılığı əsasında o, postunda qalıb.

Qeyd edək ki, A.Usmanov FİE-yə 2008-ci ildən rəhbərlik edir. Rusiyanın böyük sahibkarlarından olan A.Usmanov ölkənin müstəqil antidopinq komissiyasının üzvü, İngiltərənin “Arsenal” klubunun səhmdarlarındandır.

Bununla belə, konqresdə 2019-cu ilə planlaşdırılan qılıncoynatma üzrə dünya çempionatının Macarıstanın paytaxtı Budapeştdə, gənclər arasında 2018-ci il mundialının isə İtaliyanın Verona şəhərində təşkil edilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.