CƏMİYYƏT


Alkoqollu içkilər iştahanı artırır

Bakı, 11 yanvar, AZƏRTAC

Böyük Britaniya tədqiqatçıları alkoqollu içkilərin iştahanı artırdığını kəşf ediblər.

AZƏRTAC bbc.com saytına istinadla xəbər verir ki, siçanlar üzərində aparılan təcrübədə spirti içkilərin beyin siqnallarını aktivləşdirdiyi məlum olub. Alimlər bunun neyronal reaksiyasının olduğunu söyləyirlər. Siçanlara üç gün ərzində bol miqdarda alkoqol verilib. AGRP adlanan neyronların aktivliyinin artması nəticəsində siçanların normadan çox qida qəbul etdiyi müşahidə edilib.

Tədqiqatçılar neyronların fəaliyyətini dərmanla bloklayaraq təcrübəni təkrarlayıblar. Lakin siçanlar bu dəfə əvvəlki kimi çox yeməyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.