REGİONLAR


Allan Pall: Növbəti illərdə gənclər paytaxtı seçiləcək şəhərlər Gəncənin təcrübəsindən yararlana bilərlər

A+ A

Gəncə, 30 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

“Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində keçiriləcək Gənclər Festivalında iştirak etmək üçün Gəncəyə gələn nümayəndə heyətinin üzvləri ilə şəhər icra hakimiyyətində görüş olub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri qoyub, xatirəsini böyük ehtiramla yad ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev nümayəndə heyətinin üzvlərinə 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” layihəsinə ev sahibliyi edən Gəncə şəhərində həyata keçirilən beynəlxalq və yerli əhəmiyyətli tədbirlər haqqında ətraflı məlumat verib.

“Avropa Gənclər Forumu”nun baş katibi Allan Pall “Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gəncədə keçirilən tədbirlərin şəhərin qədim tarixinin, zəngin mədəniyyətinin Avropada təbliği baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Gənclərin problemlərinə də toxunan Allan Pall deyib: “İstər Azərbaycanda, istərsə də Avropanın müxtəlif regionlarında bu problem eynidir. Buraya gənclərin məşğulluğu, onların keyfiyyətli təhsil almaları və digər məsələlər daxildir. Biz bu problemlərin aradan qaldırılması istiqamətində vətəndaş cəmiyyəti olaraq əlimizdən gələni edirik. Bu sahədə ölkə və şəhər rəhbərlərinin bizə dəstək olması çox vacibdir. Məhz Gəncədə həmin dəstəyi hiss etdiyimizə görə çox şadıq”.

“Avropa Gənclər Paytaxtları Şəbəkəsi” ilə əməkdaşlığın vacibliyindən də danışan Allan Pall növbəti illərdə gənclər paytaxtı seçiləcək şəhərlərin, Gəncənin təcrübəsindən yararlana biləcəyini vurğulayıb. Təklifi müsbət qiymətləndirən şəhər rəhbərliyi Gəncənin “Avropa Gənclər Paytaxtı” olan şəhərlərinin rəhbərləri ilə görüşlərin keçirilməsi üçün mümkün əməkdaşlıq imkanlarının olduğunu deyib.

Sonda “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” ilə “Avropa Gənclər Forumu” arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu sənəd gələcəkdə həyata keçiriləcək uğurlu əməkdaşlığın bünövrəsi kimi dəyərləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.