CƏMİYYƏT
Allergiya əleyhinə preparatlar kəmağıllıq riskini artırır
Bakı, 6 mart, AZƏRTAC
Vaşinqton Universitetinin alimləri aşkar ediblər ki, allergiya əleyhinə bəzi dərmanlar kəmağıllığın inkişafı riskini artırır.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Vaşinqton Universitetinin alimləri yeddi il ərzində 65 və ondan yuxarı yaş həddində olan 3434 pasiyent üzərində müşahidələr apardıqdan sonra bu qənaətə gəliblər.
Tədqiqatlara demensiya diaqnozu qoyulmuş 637, alsqeymer xəstəliyi olan 160 iştirakçı da cəlb edilib.
Tədqiqatların nəticələri yüksək dozada dərman qəbul edən pasiyentlərdə demensiya və alsqeymer xəstəliyinin inkişaf riskinin başqaları ilə müqayisədə müvafiq olaraq 54 və 63 faiz çox olduğunu göstərib.