REGİONLAR
Əlli beş kiloqramlıq balqabaq
Tovuz, 1 oktyabr, AZƏRTAC
Tovuzun Düzqırıqlı kənd sakini 45 yaşlı Gündüz Bağırov Almaniyadan gətirilən iki ədəd balqabaq tumunu həyətyanı sahəsində əkərək rekorda çəkiyə malik məhsul əldə edib.
G.Bağırov AZƏRTAC-a bildirib ki, becərmə zamanı hər hansı kimyəvi maddədən istifadə etməyib. Adi qaydada yetişdirilən nəhəng bostan bitkisi kənd sakinlərinin də marağına səbəb olub.
Gündüz Bağırov 55 kiloqramlıq bitkiyə 200-300 manat təklif edənlərin olduğunu da bildirir. Lakin o, nəhəng balqabağı satmayacağını deyir. Kənd sakini bitkidən toxum götürərək gələcəkdə geniş sahələrdə becərmək fikirindədir. Yerli mühitə uyğunlaşdırılan balqabaq açıq sahələrdə daha yüksək məhsuldarlığı ilə seçilir ki, bu da təsərrüfatçıların ürəyincədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]