REGİONLAR
Alma ağacı həm bar verib, həm də yeni çiçək açıb
Tovuz, 6 avqust, AZƏRTAC
Tovuzun Əlimərdanlı kəndində nadir təbiət hadisəsi qeydə alınıb. Yay fəslinin ən isti ayı hesab olunan avqustda bu mənzərə çoxlarının marağına və təəccübünə səbəb olub. Belə ki, alma ağacı bar verməklə yanaşı, həm də yeni çiçək açıb.
Ömrünün yarısından çoxunu əkin-biçinə həsr edən kənd sakini İsmayıl Həsənov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, ilk dəfədir belə halla rastlaşır: “İlin bu vaxtında alma ağacının çiçəkləməsi qəribədir. Çünki indi meyvə ağacı çiçək açmır. Maraqlısı isə odur ki, eyni ağacda həm meyvə var, həm də çiçək”.
Kənd sakinlərinin əksəriyyəti bu qəribəliyi bitkinin həyat uğrunda mübarizəsi kimi qiymətləndirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]