SİYASƏT


Alman-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri Almaniya Bundestaqına müraciət ünvanlayıb

Bakı, 10 iyul, AZƏRTAC

Almaniyanın Bonn şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyəti Ermənistan ordusunun növbəti təxribatı ilə bağlı Almaniya Bundestaqına müraciət ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, müraciətdə bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra qətlə yetirilib, Sərvinaz Quliyeva ağır yaralanıb. Bu hadisə Bonn şəhərindəki azərbaycanlıların narahatlığına səbəb olub.

“Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması, xüsusilə də ağır silahlarla mülki əhaliyə qarşı hücumlar edilməsi, beynəlxalq humanitar hüquqa və insani dəyərlərə ziddir. Ona görə də, dünya ictimaiyyəti 2 yaşlı günahsız körpənin və yaşlı qadının öldürülməsinə səssiz qalmamalıdır. Mülki əhaliyə qarşı hücumları qətiyyətlə pisləyir, hücum zamanı həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”, - deyə müraciətdə qeyd olunub.

Müraciətdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti, 2016-cı ilin aprelində təcavüzkar dövlətin təmas xəttindəki təxribatları haqda məlumat verilib. Qeyd edilib ki, bu əməllərlə Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə riayət etmədiyini bir daha sübut edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.