MƏDƏNİYYƏT


Alman nəşriyyatının direktoru Tərcümə Mərkəzində

Bakı, 12 may, AZƏRTAC

Mayın 12-də Almaniyanın “Verlag H.Y.Maurer” nəşriyyatının direktoru Hans Yurgen Maurer Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Görüşdə müxtəlif dövrlərdə Henrix Böll, Herbert Franke, Herman Hesse, Tomas Mann, Yohann Volfqanq Höte, Henrix Heyne, Patrik Züskind, Günter Qrass, Lion Feyxtvanger kimi məşhur alman ədiblərinin əsərlərinin Tərcümə Mərkəzi tərəfindən tərcümə edilərək, Azərbaycan oxucusuna tanıdılmasından söz açılıb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, daha sonra iki ölkə ədəbiyyatı arasında ədəbi körpülərin qurulması və Azərbaycan ədəbiyyatının Almaniyada tanıdılması istiqamətində böyük əhəmiyyət kəsb edəcək “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Frankfurtda nəşri, Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdimatı, kitabın Almaniya və Avstriyanın aparıcı kitabxanalarına paylanılmasına dair məsələlər müzakirə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.