DÜNYA
Almaniya Berlindəki terrorda şübhəli bilinən tunislinin öldürüldüyü İtaliyaya xüsusi qrup göndərir
Bakı, 23 dekabr, AZƏRTAC
Almaniya federal cinayət polisi idarəsinin bazasında yaradılmış xüsusi əməliyyat qrupu Berlində törədilmiş terror aktında şübhəli bilinən Anis Amrinin öldürüldüyü İtaliyaya yola düşməyə hazırlaşır.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, daxili işlər naziri Tomas de Mezyerin bununla bağlı çıxışı Almaniya telekanallarında canlı yayımlanıb. “İtaliyalı həmkarlarımız bizə istənilən formada genişmiqyaslı əməkdaşlıq təklif ediblər”, - deyə nazir bildirib.
Reuters agentliyinin məlumatına görə, hücumun məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.
Xatırladaq ki, terror aktında şübhəli bilinən 24 yaşlı tunisli Anis Amri haqqında rəsmi axtarış elan edilmişdi. Cümə günü məlum olub ki, Amri İtaliyada polislə atışmada öldürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]