SİYASƏT


Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri Milli Məclisdə olub VİDEO

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrents avqustun 9-da Azərbaycan Respublikası Milli Məclisində olub.

Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev görüşdə son illər ölkəmizin əldə etdiyi uğurlardan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb. Bildirilib ki, Azərbaycan Almaniya ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına, o cümlədən parlamentlərarası əlaqələrin genişlənməsinə böyük önəm verir.

Qrupun digər üzvləri də diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə yönəldərək Almaniyanın ATƏT-ə sədrliyi dövründə problemin həlli ilə bağlı konkret addımlar atılacağına ümidvar olduqlarını bildiriblər.

Bundestaqın Cənubi Qafqaz Dostluq Qrupuna sədrlik etməkdən məmnunluğunu ifadə edən Karin Ştrents bu cür görüşlərin parlamentlərarası əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb. O, Almaniya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafının tərəflər üçün faydalı olduğunu söyləyib. Dostluq qrupunun rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları əsasında, BMT-nin qətnamələrinə uyğun olaraq həll edilməsinin önəmini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.