DÜNYA


Almaniya DİN çadranın qismən qadağan olunmasını təklif edir

A+ A

Berlin, 19 avqust, AZƏRTAC

Almaniya Federativ Respublikasının federal və əyalət daxili işlər nazirləri pərəncə və çadranın qismən qadağan edilməsini təklif ediblər. Dövlət təşkilatları, idarə və məktəblərdə üzü tamamilə örtən geyimlərə icazə verilməyəcək. Bu, avqustun 19-da Berlində keçirilən DİN rəhbərlərinin konfransının iştirakçıları tərəfindən qərara alınıb. Qərara tabe olmamaq inzibati xəta hesab ediləcək. Qadağanın icra olunmasına yerli hüquq-mühafizə orqanları məsuliyyət daşıyacaq.

AFR-in daxili işlər nazirləri polis əməkdaşlarının sayının 15 min nəfər artırılması, ictimai yerlərdə xarici müşahidə kameralarının sayının çoxaldılması barədə də qərar qəbul ediblər və xüsusi xidmət orqanlarının səlahiyyətinin genişləndirilməsini tələb ediblər. Tədbir iştirakçılarının fikrincə, bu addımlar terror təhlükəsinə qarşı mübarizənin gücləndirilməsinə və hüquqpozmalarının, məsələn, son dövrdə artan oğurluq hallarının azaldılmasına kömək etməlidir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.