İDMAN


Almaniya Futbol Federasiyası ilə Yoahim Löv arasında yeni müqavilə imzalanıb

A+ A

Bakı, 29 oktyabr, AZƏRTAC 

2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Almaniya millisinin baş məşqçi yerli futbol qurumunun etimadını doğruldub.

AZƏRTAC “Sport-1” idman portalına istinadla xəbər verir ki, Yoahim Lövün fəaliyyətindən razı qalan federasiya rəhbərliyi təcrübəli mütəxəssislə yeni müqavilə bağlamaq qərarına gəlib.

Tərəflər arasında imzalanmış yeni sazişə əsasən, Löv 2020-ci ilədək Bundestimin “sükanı arxası”nda olacaq. Bununla bağlı rəsmi açıqlama oktyabrın 31-də veriləcək.

Qeyd edək ki, “C” qrupunda keçirdiyi ilk 3 matçda maksimum nəticə göstərən lider Almaniyanı 7 xalla Azərbaycan millisi izləyir. Bu komandalar arasında ilk görüş gələn il martın 26-da Bakıda baş tutacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.