DÜNYA


Almaniya Holokostu yaşamış Çexiya qaraçılarına kompensasiya ödəyəcək

A+ A

Praqa, 5 avqust, AZƏRTAC

“iDnes.cz” nəşrinin yazdığına görə, Holokostu yaşamış Çexiya qaraçıları Almaniyadan kompensasiya alacaqlar. Çexiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, artıq Almaniya tərəfi ilə danışıqlar başa çatıb. Danışıqların yekunlarına görə, 2500 avro məbləğində kompensasiya ödənilməlidir. Holokostu yaşamış qaraçılara dəymiş zərərin ödənilməsi üzrə komitənin sədri Çenek Rujiçka bildirib ki, təşkilat Almaniyanın xarici siyasət idarəsindən məsələnin müsbət həlli ilə bağlı bildiriş alıb. Birdəfəlik xarakter daşıyan kompensasiyanın ödənilməsi şərtləri hələlik məlum deyil. Əsir düşərgələrinə göndərilən 5500 qaraçıdan 583 nəfəri geri qayıdıb. Hazırda onların yalnız 15-i sağdır.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.