DÜNYA


Almaniya “İncirlik” bazasından hərbi kontingentini çıxarır

Bakı, 7 iyun, AZƏRTAC

Almaniya Nazirlər Kabineti Türkiyədə yerləşən “İncirlik” hərbi bazasından çıxmaq barədə planı təsdiqləyib.

AZƏRTAC Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, Almaniya hökumətinin qəbul etdiyi plan 260 əsgərin və “Tornado” tipli təyyarələrin “İncirlik” hərbi aerodromundan geri çəkilməsini nəzərdə tutur.

Xatırladaq ki, Türkiyə bir müddət əvvəl Almaniyanın deputatlar qrupunu “İncirlik” hərbi bazasına buraxmayıb. Buna cavab olaraq Almaniya kansleri Angela Merkel AFR-in hərbi kontingentinin Türkiyədəki “İncirlik” hərbi bazasından qonşu ölkələrə köçürülməsi üçün alternativ axtarmağa davam edəcəyini deyib.

“İncirlik” ABŞ və NATO-nun regionda əsas hərbi bazalarından biridir. Burada İŞİD qruplaşmasına qarşı hava əməliyyatlarında iştirak edən beynəlxalq koalisiyanın təyyarələri yerləşir. Almaniya hərbçiləri bu əməliyyatlarda NATO-nun AWACS radiolokasiya kəşfiyyatı təyyarələri üçün ekipaj formalaşdırılmasına cəlb olunub.

Ankara Bundestaqın bir neçə deputatını PKK qruplaşması ilə əlaqədə günahlandırır. Türkiyə tərəfı almaniyalı deputatların “İncirlik” hərbi bazasına buraxılmaması barədə qərarını ilk növbədə bununla əsaslandırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.