DÜNYA


Almaniya Liviyaya məxsus kimyəvi silahın məhv edilməsinə başlayır

A+ A

Berlin, 10 sentyabr, AZƏRTAC

Yaxın aylarda Almaniyada əvvəllər Liviyaya məxsus olan kimyəvi silahların məhv edilməsinə başlanacaq.

AFR-in xarici işlər naziri Frank-Valter Staynmayer deyib: “Biz zəhərli kimyəvi maddələrin yanlış əllərə düşməsinə imkan verməməliyik”.

Söhbət Müəmmər Qəddafi dövrünə aid beş yüz ton ikili təyinatlı maddədən gedir. Bu maddələr həm mülki kimya sənayesində, həm də kimyəvi silah yaratmaq üçün istifadə edilə bilər. Onlar Aşağı Saksoniya əyalətinin Munster şəhərində məhv ediləcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.