DÜNYA


Almaniya XİN: NATO sammitinin qərarları heç bir ölkəyə qarşı yönəlməyib

A+ A

Berlin, 21 iyul, AZƏRTAC

Almaniya hökumətinin Rusiya-NATO Şurasının iclasında nümayəndəsi, AFR Xarici İşlər Nazirliyinin əməkdaşı Savsan Çebli bildirib ki, onun hökumətinin məqsədi Varşava sammitində qəbul edilmiş qərarları açıq və şəffaf şəkildə başa salmaq, onların niyə qəbul edildiyini və bu qərarların heç bir ölkəyə qarşı yönəlmədiyini izah etməkdir.

NATO-nun Varşava sammitində qəbul edilən qərarlardan biri Avropa üçün raketdən müdafiə sistemidir. Vaxtilə Amerika layihəsi olan bu sistem hazırda NATO layihəsinə çevrilib. Sammitdə bu sistemin ilkin döyüş hazırlığı elan edilib. Rumıniyada raket əleyhinə batareya, Türkiyədə isə radar qurğusu istifadəyə verilib. “Aegis” raketdən müdafiə sistemləri ilə təchiz edilmiş dörd gəmi İspaniyanın cənub sahillərində mövqe tutub. Komanda mərkəzi Almaniyanın Ramştayn şəhərində yerləşir.

Polşada raketdən müdafiə obyektinin tikintisini 2018-ci ildə başa çatdırmaq planlaşdırılır. Danimarka və Hollandiya öz hərbi gəmilərini güclü radarlarla təchiz edir, Böyük Britaniya quruda xüsusi radar qurğuları yerləşdirir. Belə hesab edilir ki, Avropanın raketdən müdafiə sistemi bir neçə il sonra çətir kimi bütün qitəni əhatə edəcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.