DÜNYA
Almaniya boksçusu Manuel Çarr dörd güllə yarası alıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Almaniya boksçusu Manuel Çarr qarın nahiyəsindən dörd güllə yarası alıb. İnsidentin "facebook"dakı münaqışə səbəbindən baş verdiyi ehtimal edilir.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, istifadəçilərdən biri sosial şəbəkədə idmançını təhqir edib və ora M.Çarrın nokautu ilə nəticələnən video yerləşdirib. Bəzi məlumatlara görə, boksçu onunla münaqişə edən Essen şəhərinin sakininə görüşərək münasibətləri aydınlaşdırmağı təklif edib.
Görüşmək üçün şəhər barlarından birinin qarşısına birinə gələn Manuel Çarra avtomobillə yaxınlaşan cinayətkar tərəfindən bir neçə dəfə atəş açılıb. Polis boksçunun neçə güllə yarası aldığıni deməsə də, şahidlər ona dörd atəş açıldığını bildiriblər.
Təcili surətdə əməliyyat olunan Çarrın həyatı üçün hazırda heç bir təhlükə yoxdur. Polis şahidlərin dindirilməsi ilə məşğuldur, cinayətkar isə hələ azadlıqdadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]