DÜNYA
Almaniya hökuməti qaçqınlara daha 2,6 milyard avro ayıracaq
Bakı, 2 noyabr, AZƏRTAC
Almaniya hökuməti bu il qaçqınların ehtiyacını ödəmək uçun federal torpaqlara əlavə olaraq 2,6 milyard avro ayıracaq.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, hökumət bu qərarı federal torpaqların ilin əvvəlindən avqust ayınadək qaçqınlara xərclədiyi real vəsaitin məbləği barədə hesabatından sonra qəbul edib. Berlin ayrılacaq vəsaiti adambaşına ayda 670 avrodan götürəcək.
Almaniya 2016-cı ildə bu məqsədlə ümumilikdə 7 milyard avro xərcləməyi nəzərdə tutsa da, bu vəsait yetərli olmayıb. Sonuncu əlavə də nəzərə alınsa, mühacirlərə çəkilən xərclər 9,5 milyard avroya qədər artıb.
Hökumətin fikrincə, bu qərar Almaniyanın dövlət borcunun artmasına səbəb olmayacaq. Belə ki, ölkə büdcəsində qaçqınlarla bağlı xərclərə görə 6,1 milyard avro ehtiyat vəsait nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]