Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Almaniya ictimaiyyəti Azərbaycanın iqtisadi nailiyyətləri barədə məlumatlandırılıb

Almaniya ictimaiyyəti Azərbaycanın iqtisadi nailiyyətləri barədə məlumatlandırılıb

Berlin, 4 iyul, AZƏRTAC 

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov “Wirtschaft TV” (“İqtisadiyyat TV”) internet televiziyasına müsahibəsində iqtisadiyyatımızın cari vəziyyəti, ölkəmizdə həyata keçirilən iqtisadi siyasət, Azərbaycanın Almaniya, eləcə də Avropa ilə iqtisadi əlaqələri barədə danışıb.

Səfir qeyd edib ki, son 20 ildə Azərbaycana 200 milyard ABŞ dollarından çox investisiya qoyulub. Bu investisiyanın yarısı xaricdən gələn birbaşa investisiyadır. Onun bir hissəsi neft və qaz sektoruna yatırılıb. Eyni zamanda, qeyri-enerji sektoruna da çoxlu yatırımlar edilib. Məqsədimiz neft və qaz ölkəsi kimi iqtisadiyyatımızı diversifikasiya etməkdən ibarətdir. Buna görə də biz keçmişdə bu imkanlardan istifadə edərək enerji sektorundan əldə etdiyimiz gəlirləri qeyri-neft sektoruna yatırmışıq. Bir neçə il ərzində biz iqtisadiyyatı ən sürətlə inkişaf edən ölkə idik – iqtisadiyyatın artımı 35 faizə qədər təşkil edirdi. Bu gün vəziyyət bir qədər başqa olsa da ölkəmizin potensialı böyükdür. Neftin qiyməti düşməsi müəyyən müddət üçün iqtisadiyyatımıza mənfi təsir etdi. Lakin bu, qısa müddət oldu. Dərhal başlanılan əsaslı islahatlar bizə daha böyük çətinliklərin qarşısını almağa kömək etdi. Ona görə də Azərbaycan neft hasil edən ölkələr arasında neftin qiymətinin aşağı düşməsinə görə ən az ziyan görmüş ölkələrdən oldu. Digər tərəfdən, bu vəziyyət bizə iqtisadiyyatımızın diversifikasiyasını dərinləşdirməyə və enerji sektorundan asılılığı daha da azaltmağa təkan verdi. Bir vaxtlar ümumi daxili məhsulda enerji sektorunun payı 80 faiz təşkil edirdi. Bu gün bu rəqəm cəmi 30 faizdir. Bizim gəlirlərin təxminən yarısı artıq qeyri-neft sektorunun payına düşür.

Diplomat qeyd edib ki, ənənəvi olaraq Azərbaycan həm sənaye, həm də kənd təsərrüfatı ölkəsidir. Enerji sektorunu çıxmaq şərtilə ən vacib sahə kənd təsərrüfatıdır. İqlim şərtləri buna imkan verir. Təbii ki, kənd təsərrüfatına da investisiyalar lazımdır. Bunun üçün çoxlu imkanlarımız var. Enerji sektorundan gələn gəlirlər kənd təsərrüfatına yatırılır. Yəni, kənd təsərrüfatı birinci yerdədir. İnformasiya texnologiyaları və turizm sahələri də inkişaf etdirilir. Neft kimyası enerji sektoru ilə əlaqəli sahə olsa da, bu, kimya sənayesinin bir qolu olaraq iqtisadiyyatımızın diversifikasiyasında rol oynayır.

Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrlə bağlı suala cavabında səfir deyib: “Avropa İttifaqı bizim böyük iqtisadi tərəfdaşımızdır. Bizim Avropa İttifaqının demək olar ki, bütün üzvləri ilə sıx əməkdaşlığımız var. Almaniya üçün, misal olaraq, biz neft ixracatçısı kimi yeddinci yerdəyik. Biz bu iqtisadi münasibətlərin gələcəkdə daha inkişaf etdirilməsi üçün böyük potensial görürük. Biz enerji resurslarımızı Avropa İttifaqına ixrac edirik, buradan isə yeni texnologiyalar, çoxlu sayda maşınqayırma, eləcə də ərzaq məhsulları idxal edirik. Biz gələcəkdə Avropa İttifaqı ilə münasibətləri daha da inkişaf etdirəcəyik”.

Diplomat Azərbaycanın daha çox kənd təsərrüfatı məhsulları ixrac etdiyini vurğulayıb. O, bu sahədə müsbət inkişaf nəticəsində kənd təsərrüfatı məhsulları ixracının payının artacağına əminliyini bildirib.

Pərviz Şahbazov Avropa xaricində Azərbaycanın digər mühüm tərəfdaşlar olan Türkiyə və Rusiya, eləcə də İran və Gürcüstanla da əməkdaşlıq etdiyini söyləyib. “Xəzər dənizi vasitəsilə biz Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edirik. Bu ölkələr ilə, xüsusilə İpək Yolu və ya Şimal-Cənub oxunda yerləşən ölkələr ilə münasibətlərin daha da inkişaf etdirilməsi üçün biz nəqliyyat infrastrukturunun inkişafına töhfəmizi vermişik. Nəticələr yaxın zamanda özünü göstərəcək. Bir neçə ildən bəri biz Gürcüstandan keçməklə Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərində işləyirik. Bu, İpək Yolunun Asiya və Avropanı birləşdirəcək hissəsidir. Eyni zamanda, bizim Xəzər dənizində daşıma imkanlarımızı tamamlayan donanmamız var. Bakı yaxınlığında müasir liman da tikilib”, - deyə səfir diqqətə çatdırıb.

Almaniya ilə ticarət münasibətləri barədə danışan diplomat deyib: “Almaniya ilə bizim həmişə yaxşı iqtisadi münasibətlərimiz olub. Almaniyanın Cənubi Qafqaz regionu ilə bütün ticarət dövriyyəsinin 80 faizi Azərbaycanın payına düşür. Bütün keçmiş sovet məkanında Rusiyadan sonra Almaniyanın ikinci ticarət palatası məhz 2012-ci ildə Bakıda açılıb. Bu, o deməkdir ki, alman tərəfi Azərbaycanda potensial görür. Ticarət palatasının açılması iqtisadi münasibətlərimizin sonrakı inkişafı üçün böyük töhfə olub. Hazırda Azərbaycanda təxminən 170 alman şirkəti fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Kansleri Angela Merkelin dəvəti ilə Berlinə səfəri çərçivəsində Azərbaycan-Alman İqtisadi Forumu keçirilib. Forumda Prezident İlham Əliyev, eləcə də Almaniyanın vitse-kansleri və iqtisadiyyat naziri Ziqmar Qabriel iştirak ediblər. Alman şirkətləri Foruma böyük maraq göstərdilər. Forumda 60-dan çox Azərbaycan şirkəti də iştirak edirdi. Forumun davamı olaraq iqtisadi nümayəndə heyətlərinin Azərbaycana çoxlu sayda səfərlərini gözləyirik”.

Azərbaycan Prezidentinin Almaniyaya səfərinin münasibətlərin inkişafına necə təsir edəcəyi ilə bağlı sualı cavablandıran səfir bildirib ki, bu cür səfərlər əlaqələrin genişlənməsində böyük rol oynayır. Bu səfərlərdən hər iki tərəfə münasibətlərin intensivləşməsi üçün iqtisadi siyasət nöqteyi-nəzərindən müsbət siqnallar gedir. Müsbət nəticələr mütləq olacaq.

Səfir deyib: “Məqsədimiz ondan ibarətdir ki, neft qiymətindən asılı olmamaq üçün iqtisadiyyatımızın diversifikasiyasını davam etdirək. 2020-ci ilə kimi ümumi daxili məhsulda enerji sektorunun payı 20 faizə endirilməlidir. Biz qeyri-enerji sektoruna böyük diqqət yetiririk. Eyni zamanda, hazırkı aşağı neft qiymətlərinə baxmayaraq böyük enerji layihələrimizi də həyata keçiririk. Həyata keçirilməkdə olan bir böyük miqyaslı layihə Xəzər qazını Cənub-Şərqi Avropaya nəql etməli olan “Cənub Qaz Dəhlizi” layihəsidir”.

Həyata keçirilən və keçiriləcək layihələr barədə suala cavabında diplomat bildirib:

“Hazırda “Cənub Qaz Dəhlizi” layihəsinin icrasında fəal iştirak edirik, onun çərçivəsində dörd böyük layihəyə investisiya qoyuruq: Xəzər dənizindəki “Şahdəniz-2” yatağında qaz hasilatı, Cənubi Qafqaz, Türkiyə ərazisindən keçən Trans-Anadolu və Trans-Adriatik kəmərlərinin tikintisi. Bu layihələrin hər birində başlıca rol Azərbaycana məxsusdur. Layihələr 2019-cu ildə hazır olacaq və biz gəlirlər əldə edəcəyik. Neftin qiymətinin düşməsinə görə daha intensiv xarakter alan iqtisadi islahatlar da tezliklə öz bəhrəsini verəcək. Biz bəzən asan olmayan bu prosesi başlamışıq və iqtisadiyyatımız artıq cari ildə artıma nail olmalıdır. 2017-ci ildə isə daha böyük artım gözləyirik”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib