İDMAN


Almaniya klubu yeni baş məşqçi axtarışında

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC 

Almaniyanın “Volfsburq” klubu baş məşqçi Diter Hekkinqlə yollarını ayırıb.

AZƏRTAC xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxış etməsidir. “Volfsburq” cari mövsümdə avrokuboklara vəsiqə qazana bilməyib. Komanda ötən mövsümü 8-ci pillədə tamamlayıb. Hazırda Almaniya təmsilçisi 7 oyundan cəmi 6 xal toplayaraq turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Baş məşqçi postu müvəqqəti olaraq 23 yaşadək futbolçulardan ibarət komandaya rəhbərlik edən Valeryen İsmaelə həvalə edilib.

Onun rəhbərliyi altında komanda Bundesliqanın 8-ci turunda “Darmştadt”la qarşılaşacaq.

İstənilən halda, klub yeni baş məşqçinin axtarışına da çıxıb. Danışıqlar iki əsas namizədlə aparılır. Bunlar vaxtı ilə “Porto”, “Çelsi” və “Tottenhem”i çalışdırmış Andre Villaş-Boaş və “Şalke”nin əvvəlki baş məşqçisi Andre Braytenrayterdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.