DÜNYA


Almaniya konsulluğuna hücum nəticəsində ölənlərin sayı 6-ya çatıb

A+ A

Bakı, 11 noyabr, AZƏRTAC

Son məlumata görə, “Taliban” hərəkatının Əfqanıstanın Məzari-Şərif şəhərində Almaniya konsulluğuna hücumu nəticəsində həlak olanların sayı 6 nəfərə çatıb, azı 128 nəfər isə yaralanıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yaralananlar arasında Əfqanıstanın Tacikistandakı səfiri də var.

Yerli polisin məlumatına əsasən, konsulluğa hücum minalanmış avtomobil vasitəsilə həyata keçirilib. İlk partlayış alman diplomatların iş yeri kimi istifadə etdikləri “Mazar Hotel” otelinin yaxınlığında, növbəti partlayış isə binanın daxilində törədilib. Bundan sonra konsulluğun ətrafında atışma başlayıb. Almaniya Xarici işlər Nazirliyinin məlumatına görə, konsulluq əməkdaşlarından xəsarət alan olmayıb.

“Taliban” hərəkatı hücumun ABŞ aviasiyasının Qunduz əyalətinə endirdiyi hava zərbələrinə qisas olaraq həyata keçirildiyini bildirib. Keçən həftə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Qunduz əyalətinin şimalinı bombalaması nəticəsində azı 30 dinc sakin həyatını itirmiş, 25 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdı.

Xatırladaq ki, son zamanlar Əfqanıstanda vəziyyət xeyli gərginləşib. Bəzi kənd rayonlarında geniş əraziləri ələ keçirən “Taliban” böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşmasının təsir dairəsi də genişlənməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.