İDMAN


Almaniya millisinin futbolçusu serbiyalı tennisçi ilə evlənib

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 12-si Almaniya yığmasının ulduzu və “Mançester Yunayted” klubunun futbolçusu Bastian Şvaynştayger üçün əlamətdar gündür.

AZƏRTAC “Bild” nəşrinə istinadla xəbər verir ki, Venesiya şəhərində 32 yaşlı yarımmüdafiəçinin toyu keçirilib.

Serbiyalı tennisçi Ana İvanoviçlə ailə həyatı quran Şvaynştayger toyunu İtaliyada etməyi lazım bilib. Mərasim 7 ulduzlu oteldə keçirilib.

Toy mərasimində iştirak edənlər arasında Bundesteamin baş məşqçisi Yoahim Löv, “Bavariya” klubunun sabiq prezidenti Uli Höness və futbolçu Tomas Müller də olub.

Mərasimin ardından cütlük motorlu qayıqla səyahətə çıxıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.