DÜNYA


Almaniya ötən il qaçqınlara 30 milyard avro xərcləyib

Bakı, 19 aprel, AZƏRTAC

Almaniya 2016-cı ildə qaçqınların dəstəklənməsinə 30 milyard avro sərf edib.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Volfranq Şoyble bildirib. Onun sözlərinə görə, bu il həmin rəqəm az olacaq.

Avropa İkinci Dünya müharibəsindən sonra ən kəskin miqrasiya böhranı yaşayır. Bu, ilk növbədə, Yaxın Şərq və Şimali Afrika ölkələrində yaşanan silahlı münaqişələr və iqtisadi problemlərlə bağlıdır.

EC Frontex agentliyinin məlumatına əsasən, 2015-ci ildə Avropa İttifaqına 1,8 milyon miqrant gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.