DÜNYA


Almaniya polisi: Berlində baş vermiş faciə terror aktıdır

Bakı, 20 dekabr, AZƏRTAC 

Almaniyanın Daxili İşlər Nazirliyi Berlinin mərkəzindəki Yeni il yarmarkasında baş vermiş faciənin terror aktı olduğunu etiraf edib.

AZƏRTAC xəbər verir ki, bu barədə France Press agentliyi məlumat yayıb. Bazar ertəsi günü axşam naməlum şəxs yük avtomobilini yarmarkaya toplaşmış insanların üstünə sürüb. Azı 12 nəfər həlak olub, 48 nəfər yaralanıb.

Hadisədə şübhəli bilinən şəxs tutulub. Onun 23 yaşlı pakistanlı qaçqın olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.