DÜNYA


Almaniya polisinin səhvləri

Berlin, 5 yanvar, AZƏRTAC

Almaniya mətbuatı Berlin yarmarkasında törədilən terror aktı ilə əlaqədar ölkənin hüquq mühafizə orqanlarının səhvlərindən və xətalarından yazır. Qeyd olunur ki, polis Anis Amrini çoxdan müşahidə etsə də, onun qorxunc planlarını gözdən qaçırıb.

“Süddeutsche Zeitung” nəşrinin yazdığına görə, Birləşmiş Antiterror Mərkəzinin 2016–cı il iyulun 19-29-da keçirilmiş müşavirəsində Berlin şəhərinin cinayət işləri üzrə idarəsinin nümayəndəsi A.Amrini Almaniyada yaşamaq haqqında qanunun 58-ci maddəsi əsasında sadələşdirilmiş qaydada ölkədən deportasiya olunmasını təklif edib.

Bu maddə konkret əcnəbi şəxsin ölkənin təhlükəsizliyi üçün xüsusi təhlükə törətməsi barədə əsaslandırılmış proqnoz olanda onun Almaniyadan dərhal deportasiya edilməsinə imkan verir. Lakin müşavirə iştirakçıları bu nəticəyə gəliblər ki, mövcud informasiya və Amridən gələn təhlükə dərəcəsi həmin qərarın məhkəmədə müdafiəsi üçün yetərli deyildir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.