CƏMİYYƏT


Almaniya qəzeti qadınların iqtisadi və sosial həyatda roluna görə Azərbaycanı nümunə göstərib

Berlin, 11 avqust, AZƏRTAC 

Almaniyanın aparıcı “Die Welt” qəzetində “Nümunəvi ölkələr. Bu ölkələr ən pis qonşulara malikdirlər” adlı məqalə dərc olunub. Məqalədə qeyd edilir ki, dünyada elə ölkələr var iqtisadi cəhətdən çökmüş, korrupsiyaya bulaşmış və ya geridə qalmış qonşularının əhatəsində xaos dənizində ada və ya qaranlıqda yalqız mayak kimi görünürlər.

Bildirilir ki, Cənubi Amerikanın iqtisadi cəhətdən geriləyən və ya tənəzzülə uğrayan ölkələrinin əhatəsində yalnız Qayana və Uruqvayda ötən il ümumi daxili məhsul artıb. Dünya Bankının “Doing Business” indeksində Afrika ölkələri arasında Ruanda və Qana öz qonşularından xeyli irəlidədir. Qana həm də savadlılıq kvotasına görə öz qonşularını geridə qoyur. İsrail və Sinqapur qadınların işləmə kvotasına görə öz qonşularını qabaqlayan ölkələrə aid edilir.

Dünya Bankının qiymətləndirməsinə görə, Sinqapur həm də korrupsiyasızlığa görə öz qonşularını xeyli geridə qoyur. “Korrupsiya dənizindəki digər adalara” misal olaraq Çili, Uruqvay, Kosta Rika, Kipr, Honq Konq və Butan aid edilir.

Məqalədə qeyd edilir ki, qadınların iqtisadi həyatda iştirakı yaxşı idarəçilik və təhsillə bərabər inkişafın mühüm şərtidir. Müəllif bu baxımdan Azərbaycanı nümunə göstərir.

Məqalədə Beynəlxalq Əmək Təşkilatının məlumatına istinad edilərək Azərbaycanda qadınların 61,6 faizinin əmək fəaliyyəti ilə məşğul olduğu diqqətə çatdırılır. Bu göstəriciyə görə Azərbaycanın öz qonşularından xeyli irəlidə olduğu vurğulanır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.