SİYASƏT


Almaniya qəzetlərində 28 May - Respublika Günü ilə bağlı məlumatlar yayılıb

Berlin, 31 may, AZƏRTAC

Almaniyanın “Teltower Stadtblatt” və “Düsseldorfer Blatt” qəzetlərində 28 May - Respublika Günü münasibətilə Azərbaycanın Berlindəki səfirliyinin təşkil etdiyi qəbul, Almaniyanın ictimai-siyasi, mədəni, iqtisadi və idman dairələrinin çoxsaylı nümayəndələrinin bu tədbirdə iştirak etməsi barədə məlumatlar yayılıb.

Məlumatlarda Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun müsəlman Şərqində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin tarixi və gördüyü işlər barədə fikirləri yer alıb.

Vurğulanıb ki, Azərbaycan bu gün Avropa İttifaqının etibarlı enerji tərəfdaşıdır və xüsusilə Almaniya ilə sıx münasibətlərə malikdir. 2001-ci ildən Avropa Şurasının üzvü olan ölkə bu günlərdə İslam Həmrəyliyi Oyunlarını keçirib.

Məlumatlarda Azərbaycan səfirinin ölkəmizin ərazisinin bir hissəsinin işğal edilməsi barədə fikirləri də əks olunub. Bildirilib ki, BMT və Avropa Şurası işğal faktını dəfələrlə kəskin şəkildə pisləyib və Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları çərçivəsində sülh yolu ilə həllinə çalışır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.