DÜNYA


Almaniya sakinləri elektrik enerjisini bitkoinlə ödəyə biləcəklər

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC

Almaniyanın Hannover şəhərinin sakinləri elektrik enerjisinə görə hesablarını bitkoinlə ödəyə biləcəklər. Belə bir xidməti sakinlərə "Enercity" enerji şirkəti təklif edib.

AZƏRTAC “banks.eu” saytına istinadla xəbər verir ki, "Enercity" şirkəti "PEY" maliyyə müəssisəsi ilə birlikdə ödəniş qismində virtual valyuta qəbul edən rəqəmsal ödəniş sistemini tətbiq edib. Şirkət nümayəndələrinin sözlərinə görə, bitkoinlə ödənişin aparılması müştərilərə xidmət sahəsində yeni standartlar yaratmaq strategiyasının bir hissəsidir.

Yerində ödəmələri aparmaq üçün şəhərin mərkəzində, bütün müştəri xidmətləri ofislərində və "Enercity"nin mənzil-qərargahında xüsusi ödəmə terminalları yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.