DÜNYA
Almaniya sel sularının cəngindədir
Berlin, 27 iyul, AZƏRTAC
Leysan və tufan bu yay Almaniyada az qala bütün müqəddəs kitablarda deyildiyi miqyasa çatıb. Bəzi bölgələrdə cəmi bir gün ərzində yüz millimetrədək yağıntı düşüb ki, bu da aylıq normadan yüksəkdir.
İyul ayının sonunda Almaniyanın mərkəzi regionları, ilk növbədə Aşağı Saksoniya və Saksoniya-Anhalt daşqınlardan əziyyət çəkib. Çayların çoxunda artıq ən yüksək olan dördüncü həyəcan səviyyəsi elan edilib. Yanğınsöndürmə briqadaları zirzəmilərə dolmuş suyu fasiləsiz olaraq nasosla çəkir və əlverişsiz hava şəraiti ilə bağlı digər çağırışlara tələsirlər.
Almaniyalı meteoroloqlar bildirirlər ki, bu yerlərdə gün ərzində aylıq normadan xeyli çox - hər kvadratmetrə 50-80 millimetr, bəzi yerlərdə isə hətta 100 millimetrədək yağıntı düşüb. Bu həftə müşahidə olunan güclü leysandan əvvəl davamlı yağıntılar olub. Buna görə də torpaq suyu canına çəkə bilməyib və nəticədə böyük və kiçik çayların səviyyəsi sürətlə yüksəlməyə başlayıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]