İQTİSADİYYAT
Almaniya şirkəti “Bakutel- 2014” sərgisindən maksimum yararlanmağa çalışır
Bakı, 5 dekabr, AZƏRTAC
Almaniyanın “SAP” şirkəti proqram təminatının istehsalı və müəssisələrə bununla əlaqədar xidmətlərin göstərilməsi ilə məşğul olur.
“Bakutel- 2014” sərgisində məhsullarını nümayiş etdirən şirkətin satış üzrə baş meneceri Maksim Kustarov AZƏRTAC-a bildirib ki, dünyada 150 ofisi olan şirkət İKT həll variantları üzrə ən böyük inteqratordur. Şirkət biznes müəssisələri üçün yerli həll variantlarının tətbiqini, proqramların işlənib hazırlanmasını və digər xidmətləri də həyata keçirir.
Maksim Kustarov deyib: “SAP” şirkəti hələlik Azərbaycanda yetərincə təmsil olunmur və buna görə də, “Bakutel” sərgisi bizim üçün müştərilərin cəlb edilməsi və yerli gəlir bazarının yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. Dünən stendimizdə böyük fəallıq müşahidə etdik. Bu sərgidə iştirak Azərbaycan ərazisində biznesimizi genişləndirmək planımızın tərkib hissəsidir və şirkətə bazarın yeni səviyyəsinə çıxmaq kimi mühüm tapşırığı həll etmək imkanı verəcək”.
“SAP” təmsilçisi onu da bildirib ki, şirkət tezliklə Azərbaycanda öz ofisini açmağı planlaşdırır.