CƏMİYYƏT


Almaniya vətəndaşı Mərkəzi Klinik Xəstəxanada açıq ürək əməliyyatı olundu

Bakı, 23 oktyabr, AZƏRTAC

Almaniya vətəndaşı Holger Zimmerman (1969-cu il təvəllüdlü) Bakıdakı Mərkəzi Klinik Xəstəxanada açıq ürək əməliyyatı olunub.

Klinikadan AZƏRTAC-a bildirilib ki, aparılan klinik, laborator və instrumental müayinələr nəticəsində xəstəyə kəskin miokard infarktı, II tip şəkərli diabet diaqnozu qoyularaq açıq ürək əməliyyatı (aorta-koronar şuntlama) məsləhət görülüb.

Cərrahiyyə əməliyyatı Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev və komandası tərəfindən aparılıb. Əməliyyat uğurla başa çatıb. Ürək-damar cərrahiyyəsi intensiv terapiya şöbəsindəki ikigünlük müalicədən sonra xəstə kafi vəziyyətdə stasionar şöbəyə-palataya köçürülüb.

Artıq evə yazılan xəstə özünü çox yaxşı hiss edir və azərbaycanlı həkimlərə onun həyatını qurtardıqları üçün minnətdarlığını bildirir.

Beynəlxalq dərəcəli sığortaya sahib olan alman vətəndaşının Mərkəzi Klinik Xəstəxanada uğurlu açıq ürək əməliyyatı olunması ölkəmizdə ürək-damar cərrahiyyəsinin və ümumiyyətlə səhiyyənin inkişafının ən bariz göstəricisidir. Artıq öz vətəndaşlarımızla yanaşı, xarici ölkələrin vətəndaşları və beynəlxalq sığorta şirkətləri də azərbaycanlı həkimlərə öz sağlamlıqlarını əminliklə etibar edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.