İDMAN


Almaniya yığması futbol üzrə Avropa çempionu olub

Bakı, 1 iyul, AZƏRTAC

İyirmi bir yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatı yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, Polşada təşkil olunan çempionatın finalında Almaniya və İspaniya yığmaları qarşılaşıblar.

Oyunda Almaniya komandası minimal üstünlüklə qalib gəlib – 1:0. Almanların heyətində Mitçell Veyzer 40-cı dəqiqədə fərqlənib.

Çempionatın ən yaxşı bombardiri adına 5 qolla “Atletiko Madrid” klubunun da şərəfini qoruyan ispaniyalı gənc futbolçu Saul Niqes layiq görülüb.

Qeyd edək ki, bu, Almaniyanın U-21 yığması səviyyəsində ikinci qitə çempionluğudur. U-21-lərin Avropa birinciliyində ən çox çempion adına İtaliya millisi yiyələnib (5 dəfə). Həlledici qarşılaşmada məğlub olan İspaniya isə dörd dəfə Avropa çempionatının qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.