DÜNYA


Almaniyada 33 min sənədsiz miqrant var

A+ A

Berlin, 16 iyul, AZƏRTAC

Almaniyanın federal və əyalət ekspertləri ölkənin hüquq sistemində qəbul edilməmiş qaçqınların deportasiyası ilə bağlı ciddi problemlərin olduğunu bildirirlər. Lazımi sənədləri olmadığı üçün çox vaxt qeyri-leqal miqrantları deportasiya etmək mümkün olmur. Bu barədə “Der Spiegel” jurnalı 16 iyul nömrəsində ekspertlərin Almaniya Daxili İşlər Nazirliyi və federal əyalətlərin daxili işlər nazirləri üçün hazırladıqları, amma hələ də açıqlanmayan məruzəyə istinadla yazıb. Ekspertlərin fikrincə, Almaniyada sığınacaq almaq istəyən adamlar bir çox hallarda qəsdən sənədlərin yoxluğu strategiyasından yararlanırlar ki, deportasiya haqqında qərar çıxsa, Almaniya hüdudlarından kənara çıxarılmalarını ya çətinləşdirsinlər, ya da bunu qeyri-mümkün etsinlər. Məruzədə qeyd edilir ki, hazırda Almaniya təkcə lazımi sənədləri olmadığı üçün 33 mindən çox miqrantın ölkədə yaşaması ilə barışmalı olub.

Sənəddə deyilir ki, “şəxsiyyət və mənşə ölkəsi haqqında tam və səhih informasiya həyasızcasına gizlədildiyindən” miqrantlara yeni sənədlər vermək mümkün olmur. Buna görə də məntiqi sual yaranır: “Bu halda hüquqi dövlət tamamilə köməksiz deyilmi?”

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.