REGİONLAR


Almaniyada “Diplomatiya tarixindən. Naxçıvanlı diplomatlar” kitabı nəşr olunub

Naxçıvan, 16 iyun, AZƏRTAC

AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev və bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin “Diplomatiya tarixindən. Naxçıvanlı diplomatlar” adlı əsəri Almaniyanın “Lambert Academic Publishing” nəşriyyatı tərəfindən rus dilində nəşr edilib. Kitabın rəyçiləri AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevdir.

AZƏRTAC xəbər verir ki, əsərin giriş hissəsində Azərbaycanın XX əsr tarixində görkəmli naxçıvanlı diplomatlardan bəhs edən müəlliflər məhz bu şəxsiyyətlərin fəaliyyəti nəticəsində Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanıldığını qeyd ediblər. Əsərdə Məhəmməd ağa Şahtaxtlı, Məhəmməd xan Təkinski, Bəhram xan Naxçıvanski, Əli Səbri Qasımov, Behbud Şahtaxtinski, İbrahim Əbilov, Ziya Yusif Talıbzadə, Qasım bəy Camalbəyov, İsmayıl bəy Camalbəyov, Balabəy Əlibəyov, Rza Təhmasib və Əziz Şərif kimi şəxsiyyətlərin diplomatik fəaliyyətindən bəhs olunur.

Kitabda, həmçinin Abbasqulu ağa Bakıxanovun diplomatik fəaliyyətində və yaradıcılığında Naxçıvan məsələsi ilə əlaqədar məlumatlar da diqqəti cəlb edir. Kitabın son bölmələrindən biri isə Azərbaycan-Polşa əlaqələrində Naxçıvanın yeri məsələsinə həsr olunub. Tarixi və diplomatik əlaqələrin kökləri haqqında müxtəlif maraqlı məlumatlara yer verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.