İQTİSADİYYAT


Almaniyada ixtisasartırma kursu keçəcək 25 sahibkar və gənc menecer üçün seminar

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

İyulun 18-də Bakı Biznes Tədris Mərkəzində bu il sentyabrın 18-dən oktyabrın 13-dək Almaniyanın Baden-Württemberg İxrac Akademiyasında (EABW) və müvafiq müəssisələrdə ixtisasartırma kursu keçəcək 25 nəfər sahibkar və gənc menecer üçün seminar keçirilir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Biznes Tədris Mərkəzinin və Almaniyanın Baden-Württemberg İxrac Akademiyasının nümayəndələrinin də iştirak etdikləri və iki gün keçiriləcək seminarda iştirakçılara beynəlxalq iqtisadi kooperasiya, işgüzar ünsiyyət, Almaniya müəssisələri ilə işgüzar danışıqların aparılması və əməkdaşlığın qurulması və sair barədə ətraflı məlumat verilir, onları maraqlandıran suallar cavablandırılıb.

İştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış tədris-metodiki vəsaitlər paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.