DÜNYA


Almaniyada növbəti hücum

A+ A

Berlin, 25 iyul, AZƏRTAC

İyulun 24-də Almaniyanın Roytlingen şəhərində (Baden-Vürtemberq federal əyaləti) maçete ilə silahlanmış cinayətkar bir qadını qətlə yetirib. Şəhərin internet portalında verilmiş məlumatda deyilir ki, mərkəzi avtobus vağzalında öldürülmüş qadınla sığınacaq almaq istəyən 21 yaşlı suriyalı qaçqın arasında mübahisə düşüb.

Polisin hadisəyə tez müdaxilə etməsi sayəsində cinayətkar bir neçə dəqiqə sonra hadisə yerinin yaxınlığında tutulub. Amma hadisə yerindən qaçarkən daha bir qadını və kişini yaralaya bilib.

Məlumatda deyilir: “Tutulan adam daha əvvəl də hüquq mühafizə orqanlarının diqqətini cəlb edib”. Şəhərin hakimiyyət orqanlarının məlumatına görə, söhbət təkbaşına hərəkət edən cinayətkardan gedir. Odur ki, əhalisinin sayı yüz mindən çox olan şəhər sakinləri üçün heç bir təhlükə yoxdur.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.