DÜNYA
Almaniyada qaçqınlar üçün xüsusi smartfon proqramı hazırlanıb
Bakı, 6 fevral, AZƏRTAC
Almaniyada smartfonlarda qaçqınlar üçün xüsusi "miqrasiya" proqramı hazırlanıb.
AZƏRTAC vistanews.ru saytına istinadla xəbər verir ki, Miqrasiya İdarəsinin məlumatına görə, Almaniyada "Ankommen App" adı ilə tanınan proqram çox məşhurdur və onun artıq 70 min istifadəçisi var. Proqramda ərəb, ingilis, alman, fransız və fars dilləri mövcuddur. Bu proqramın sayəsində miqrantlar məskunlaşdıqları ölkədə onlayn-kursların köməyi ilə yerli dili, eləcə də Almaniyada qaçqın statusu almaq üçün ərizənin tərtibi qaydaları, iş tapmaq yollarını öyrənə biləcəklər.
Proqram Almaniyanın Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi, Məşğulluq üzrə Federal Agentliyi, "Bayerischer Rundfunk" Teleradio Şirkəti və Höte İnstitutu tərəfindən hazırlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]