DÜNYA
Almaniyada qaçqınlarla millətçilər arasında toqquşma baş verib
Bakı, 15 sentyabr, AZƏRTAC
Yerli polisin məlumatına əsasən Almaniyanın şərqində millətçilərlə qaçqınlar arasında baş verən toqquşmada 100-dək insan iştirak edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, toqquşma Saksoniya federal torpağının Bautsen şəhərində qeydə alınıb. Polisin məlumatına əsasən, insidentdə sağ siyasi qüvvələrə mənsub 80 nəfərə yaxın yerli sakin və təxminən 20 qaçqın iştirak edib. Tərəfləri ayırmağa çalışan yüzə yaxın polisin də hücuma məruz qaldığı bildirilir. Hadisə ilə bağlı təhqiqat başlayıb. Xəsarət alanlar barədə məlumat verilmir.
Bu, Bautsen şəhərində gəlmələrlə yerli sakinlər arasında qeydə alınan ilk insident deyil. Fevral ayında bu şəhərdə qaçqınlar üçün tikilən sığınacaqda yanğın baş vermiş və yerli sakinlər alovun söndürülməsinə mane olmuşdular.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]