DÜNYA


Almaniyada qeyri-adi nikah barədə elan verilib

Berlin, 11 avqust, AZƏRTAC

Bavariyada qeyri-adi nikah barədə elan verilib.

AZƏRTAC xəbər verir ki, elanın qeyri-adiliyi onun Rozenau qəsrinin parkında tək qalmış dişi qara qu quşuna “aşna” axtarılması barədə məzmunu ilə bağlıdır. Belə ki, parkda cüt gəzən qu quşlarından erkəyi bu ilin may ayında yoxa çıxıb. Qəsr idarəsində ehtimal edirlər ki, onu tülkü aparıb.

İlk qara qu quşlarını bu parka Britaniya kraliçası Viktoriya vəfat etmiş ərinə – Saksen-Koburq-Qotş şahzadəsi Albertə (1819-1861) matəm əlaməti olaraq bağışlayıb. O, bu qəsrdə doğulmuşdu.

Elanda parkın gözəlliyindən, iki hektar ərazisi olan gölündən və yeni qu quşu “ev”indən danışılır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.