SİYASƏT
Almaniyada qondarma “erməni soyqırımı” iddialarına qarşı etiraz aksiyası keçirilib
Azərbaycanın və Türkiyənin diaspor təşkilatları qondarma “erməni soyqırımı” iddialarının aradan qaldırılması tələbi ilə Almaniyanın Düsseldorf şəhərində etiraz nümayişi keçirib.
Türkiyə KİV-nin məlumatına görə, nümayişçilər Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətindəki orta məktəb dərsliklərinə 1915-ci il hadisələri ilə bağlı təhrif olunmuş, qərəzli, Türkiyənin beynəlxalq nüfuzuna zərər gətirən ifadələrin yer aldığı məlumatların yerləşdirilməsinə etiraz ediblər.
“Bizə qulaq asın!” şüarı ilə Almaniyanın dövlət və hökumət orqanlarından, o cümlədən vilayətin parlamentindən tələb irəli sürən etirazçılar Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını dalğalandıraraq birlik nümayiş etdiriblər. Nümayişdə Almaniya tərəfinin qondarma “erməni soyqırımı” iddialarına qarşı tədbir görməsi tələbi ilə 8 min imza toplanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul