DÜNYA


Almaniyada radikal sağçı partiya qadağan edilə bilər

A+ A

Berlin, 4 noyabr, AZƏRTAC

Almaniya Federal Konstitusiya Məhkəməsi radikal sağçı Almaniya Milli Demokrat Partiyasının (AMDP) 2017-ci il yanvarın 17-də qadağan edilməsi barəsində iş üzrə qərarı açıqlayacaq. Bu barədə məlumat Almaniya KİV-lərinə noyabrın 4-də daxil olub. Ekstremist sağçı partiyanın qadağan edilməsi haqqında vəsatət federal əyalətlərin nümayəndəliyi bundesrat tərəfindən 2013-cü ildə qaldırılıb. İş üzrə sonuncu ictimai dinləmələr bu ilin martında keçirilib.

Hazırda AMDP-nin 5 mindən bir az çox üzvü var. Partiyanın bundestaqda, yaxud əyalət parlamentlərində nümayəndələri yoxdur, bələdiyyələr səviyyəsində isə təqribən 360 deputatla təmsil olunub. Radikal sağçı partiyanın bir nümayəndəsi Avropa Parlamentinin mandatına malikdir.

Almaniya Federal Konstitusiya Məhkəməsi partiyanın qadağan edilməsi haqqında qərarı qəbul edərsə, AMDP həmin qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət verə bilər. Amma qərar qüvvəyə minsə, AMDP özünü buraxmalı, bu partiyadan seçilən deputatlar isə öz mandatlarını itirməlidirlər.

AFR tarixində yalnız iki partiya qadağan edilib. 1952-ci ildə neonasist yönümlü Sosialist İmperiya Partiyasının (SİP/SRP), 1956-cı ildə isə Almaniya Kommunist Partiyasının (AKP/KPD) fəaliyyəti dayandırılıb. Sonuncu partiya 1990-cı ildə yenidən qeydiyyata alınıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.