DÜNYA


Almaniyada sosial şəbəkələri izləyəcək  və onları xüsusi xidmətlərlə əməkdaşlıq etməyə borclu hesab edəcəklər

A+ A

Berlin, 8 avqust, AZƏRTAC

Almaniyanın bəzi federal əyalətlərinin hakimiyyət orqanları yeni norma tətbiq etməyə hazırlaşır. Həmin normaya əsasən sosial şəbəkələr, o cümlədən Facebook şəbəkəsi hüquq-mühafizə orqanlarının tələbi ilə istifadəçilər barədə məxfi informasiyanı təqdim etməyə borcludur. Söhbət cinayət törətməkdə və terror aktları planlaşdırmaqda şübhə doğuran insanların şəxsi məlumatlarından gedir. “Welt am Sonntag” həftəliyinin verdiyi məlumata görə, əyalətin hakimiyyət orqanlarını hiddətləndirən budur ki, Facebook şəbəkəsinin rəhbərliyi bu cür sorğuların orta hesabla üçdə iki hissəsini cavabsız qoyur.

Hesablamalara görə, son illərdə Almaniya polisi, prokurorluq və xüsusi xidmətlər hər gün Facebook şəbəkəsinin ünvanına istifadəçilərin şəxsi məlumatlarının, o cümlədən onların uçot məlumatlarının və ya İK-ünvanlarının təqdim edilməsi barədə 10-dan çox sorğu göndərir.

Bavariyanın daxili işlər naziri Yoahim Herrman sosial şəbəkələr üçün “məcburi qayda” tətbiq olunmasını tələb edir. Həmin qaydaya görə, səlahiyyətli əməkdaşlardan biri hakimiyyət orqanlarının sorğularına cavab verməyə borclu olacaq. Bundan əlavə, uçot məlumatlarının və ya istifadəçilər barədə informasiyanın təqdim edilməsi müddəti maksimum azaldılmalıdır.

Hüquq müdafiəçiləri Almaniyanın hakimiyyət orqanlarının bu planlarını pisləyiblər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.