DÜNYA


Almaniyada törədilən partlayış nəticəsində bir nəfər ölüb, 10-dan çox adam yaralanıb VİDEO

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

Almaniyanın Bavariya əyalətinin Ansbah şəhərindəki restoranlardan birinin qarşısında törədilən partlayış nəticəsində 1nəfər ölüb, 10-dan çox adam yaralanıb.

Anadolu agentliyinin məlumatına görə, hadisə yerinə çox sayda polis və xilasedicilər cəlb olunub.

Ansbah şəhər bələdiyyəsinin sədri Carda Seidel jurnalistlərə açıqlamasında hadisəyə ən azı bir partlayıcının səbəb olduğunu söyləyib. Bavariya Daxili İşlər Nazirliyi də bunun bir qəza olmadığını bildirib.

Partlayış törədilən restoranın yaxınında keçirilən musiqi festivalı dərhal dayandırılıb. Festivalda iştirak edən 2 min 500 nəfər ərazidən uzaqlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.