DÜNYA
Almaniyada varlıların daha çox vergi ödəmələri təklif olunur
Bakı, 8 iyul, AZƏRTAC
Almaniyanın Sosial-Demokratlar Partiyası bəyan edib ki, partiya tərəfindən varlı vətəndaşları daha çox vergi ödəməyə məcbur etmək planlaşdırılır - bununla da, əhalinin nisbətən kasıb təbəqəsinin vergi yükünü azaltmaq mümkündür.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, analitiklərin rəyinə görə, partiya bu vədi verməklə payızda keçiriləcək seçkilərdə fəhlə sinfindən daha çox səs toplayacağına ümid edir.
Partiyanın lideri Martin Şults qeyd edib ki, “Biz aşağı və ortagəlirli vətəndaşların vergi yükünü yüngülləşdirəcək və onların ailələrini dəstəkləyəcəyik. Almaniyada varlılardan tutulan vergilərin artırılması yalnız öz ölkəmiz üçün deyil, həm də bütün Avropa üçün faydalıdır”.
Partiyanın başqa bir təklifi isə il ərzində 250 min avro və daha artıq qazananlar üçün xüsusi yığım dərəcəsini hazırkı 45 faizdən 48 faizə qaldırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:43]
Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq
- 29.03.2024 [17:49]
Rusiya XİN: Ermənistan quru yerdə qala bilər
- 29.03.2024 [17:37]
Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]