SİYASƏT


Almaniyalı deputat: Dinc əhalinin atəşə tutulması hallarına son qoyulmalıdır

Bakı, 10 iyul, AZƏRTAC 

Erməni silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Allahverdiyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından (CDU) olan deputatı Patrik Sensburq bəyanatla çıxış edib.

Avropa Azərbaycan Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, almaniyalı deputat bəyanatında deyib: “Füzuli rayonunun dinc sakinləri Sahibə Allahverdiyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı xəbər məndə böyük təəssüf hissi doğurdu. Erməni işğalçılarının törətdiyi bu vəhşilik nəticəsində əlavə bir dinc sakin ağır yaralanıb”.

O, həmçinin münaqişənin tezliklə həll olması üçün sülh danışıqlarının davam etdirilməsinin vacibliyini ifadə edərək deyib: “Dinc əhalinin atəşə tutulması hallarına qətiyyətlə son qoyulmalıdır”. Deputat münaqişə ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının erməni qoşunlarının Dağlıq Qarabağ və ona bitişik yeddi rayondan çıxarılmasını tələb edən qətnamələr qəbul etdiyini də xatırladıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.