SİYASƏT


Almaniyalı deputat Ermənistan hərbçilərinin Azərbaycanın  dinc əhalisini qətlə yetirməsi ilə bağlı bəyanat yayıb

Bakı, 7 iyul, AZƏRTAC

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Allahverdiyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan deputatı Olav Quitting bəyanatla çıxış edib.

Bu barədə AZƏRTAC-a TEAS-dan məlumat veriblər.

Bəyanatda bildirilir ki, almaniyalı deputatlar Azərbaycanın Füzuli rayonunda Sahibə Allahverdiyevaya və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı kədərli xəbərdən təəssüf hissi keçiriblər. “Onlar bu əraziləri qanunsuz işğal etmiş erməni silahlı qüvvələrinin vəhşiliyinin qurbanı olublar. Bundan əlavə, ermənilərin açdığı atəş nəticəsində bir neçə dinc sakin də ciddi xəsarət alıb. Vəziyyətin bu cür gərginləşməsi son dərəcə narahatlıq doğurur və münaqişənin sülh yolu ilə həllinə ciddi təhlükə yaradır”, - deyə deputat vurğulayıb.

Olav Quitting tərəfləri dinc əhalinin tələfatına yönəlmiş hücumları dayandırmağı və atəşkəs rejiminə riayət eyməyə dəvət edib. Bundan əlavə, o, tərəfləri sülh danışıqları aparmağa çağırıb. Bundestaq üzvü vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrində ifadə olunduğu kimi, Dağlıq Qarabağ və ona bitişik yeddi rayon Azərbaycanın ayrılmaz tərkib hissəsidir və onun tərkibində qalacaq. Yalnız erməni silahlı qüvvələrinin bu ərazilərdən çıxarılması dinc əhalinin tələf olmasının qarşısını ala, sülh prosesinin inkişaf etməsinə zəmin yarada bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.