REGİONLAR


Almaniyalı diplomat Şəmkirdə Alman Lüteran kilsəsini ziyarət edib

A+ A

Şəmkir, 25 oktyabr, AZƏRTAC

Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab Şəmkirə səfər edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 2016-cı il 30 avqust tarixli Sərəncamına əsasən gələn il təşkil olunacaq tədbirlərlə bağlı müzakirələr aparılıb.

Alman Lüteran kilsəsini ziyarət edən almaniyalı diplomata kilsə haqqında ətraflı məlumat verilib.

Sonra diplomat Şəmkirdə yerləşən Heydər Əliyev Mərkəzində, “AzAqro” MMC-də, Bayraq Meydanında, “Zəka” Gənclərin İntellektual İnkişafı və Yaradıcılıq Mərkəzində olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.