CƏMİYYƏT


Almaniyalı həkimlər kürək ağrısını azaldan ərzaq məhsullarının adlarını açıqlayıblar

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

AZƏRTAC healthvesti.com saytına istinadla xəbər verir ki, bir qrup tibb işçisi maraqlı müşahidə apararaq kürək ağrısı hisslərini azaldan ərzaq məhsullarını müəyyən edib.

Almaniyada yerləşən klinik mərkəzdə çalışan tədqiqatçıların sözlərinə görə, elmi işçilər kürək ağrısının azalmasında südün faydalı olmasını sübut ediblər. Aparıcı ekspertlər bildiriblər ki, bu ağrıdan planetin bir çox sakinləri əziyyət çəkirlər. Tibb işçiləri sübut ediblər ki, düzgün qidalanma kürək ağrısının profilaktikasına kömək edir.

Mütəxəssislər belə bir nəticə çıxarıblar ki, süd məhsulları insanın sağlamlıq durumuna yaxşı təsir göstərir. Tədqiqatçıların fikrincə, yoqurt, kefir, pendir və digər ağartı məhsulları kürək ağrılarından əziyyət çəkən insanların əhvalına müsbət təsir edəcək.

Lazımi miqdarda kalsiumun olması sağlam sümük toxumasının formalaşmasına kömək edir, osteoparozun inkişaf riskinin qarşısını alır. Bundan başqa, çoxlu su içmək lazımdır, çünki su onurğa sütununun sağalmasında mühüm rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.