Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Almaniyanı kəşf edirik: Frankfurt-Mayn - göydələnlər və yarmarkalar diyarı VİDEO

Ölkənin lap mərkəzində yerləşən Frankfurt-Mayn nəinki Almaniyanın, hətta bütün Avropanın işgüzar paytaxtı sayılır. Bu şəhər həm də regionun ən iri nəqliyyat qovşağı, müxtəlif sərgi və yarmarkaların keçirildiyi məkandır. 

İqtisadi baxımdan böyük əhəmiyyət kəsb edən Frankfurt-Mayn adi turistlər üçün də maraqlıdır və onların vaxtlarını xoş keçirmələri üçün bir sıra maraqlı imkanlar təklif edə bilər. Şəhərin memarlığı xüsusi diqqətə layiqdir. Burada köhnə şəhərin sanki orta əsrlərə aid rəsm əsərlərindən dirçəlmiş koloritli məhəllələri ilə saysız-hesabsız göydələnlər qeyri-adi harmoniya təşkil edir.

Frankfurtda olduğumuz iki gün ərzində şəhərin qədim darısqal küçələrində gəzişdik, maliyyə paytaxtının işgüzar mərkəzinə baş çəkdik, gəzinti katerinin göyərtəsindən şəhərə tamaşa etdik, üstəlik, bazarlıq etməyə də macal tapdıq. Yeri gəlmişkən, burada qiymətlər o qədər də baha deyil.

Marginallar, Römerberq və dəmir körpü

Gəlin ilk növbədə şərtləşək ki, Frankfurt-Mayn şəhərini sadəcə Frankfurt adlandıracağıq. Məsələ burasındadır ki, Almaniyada Frankfurt adlı daha bir şəhər var: Frankfurt-Oder. Sonuncu şəhərin adı həmişə bütöv şəkildə yazılır. Əgər haradasa sadəcə Frankfurt adı çəkilirsə, ehtimal ki, məhz Frankfurt-Mayn nəzərdə tutulur.

Almaniyada səfərdə olduğumuz müddətdə iki dəfə Frankfurtdan tranzitlə keçdik. Bu, təəccüblü deyil, çünki ölkə boyunca hərəkət marşrutlarının əksəriyyəti məhz bu şəhərin nəqliyyat magistrallarından keçir.

Berlindən gələn qatar perrona daxil olur və biz Frankfurt mərkəzi dəmiryol vağzalının binasına heyrətlə tamaşa edirik. Qeyri-adi gözəlliyi ilə seçilən yarımkürə şəklində damı və nəhəng memarlıq fasadı olan bu bina XIX əsrdə inşa edilib. Gündə 350 minə yaxın sərnişinə xidmət edən vağzal bu gün də bütün Avropada mühüm nəqliyyat qovşağıdır.

Küçəyə çıxanda ilk növbədə diqqəti cəlb edən vağzalyanı meydanda və ətraf ərazidə çoxsaylı marginal elementlərdir – müəyyən yaşayış yeri olmayan insanlar, narkomanlar və s. Bunlar əsasən gəlmələrdir. Ümumiyyətlə, Frankfurtda əcnəbilər çoxdur: statistik məlumatlara görə əhalinin dörddə biri, turistləri də buraya əlavə etsək sakinlərin yarısı gəlmələrdir. İnsanlar buraya əsasən qazanc dalınca gəlirlər. Bu da təsadüfi deyil, axı dünyanın müxtəlif şirkətlərinin, bankların çoxsaylı ofisləri, həmçinin Almaniyada ən böyük fond birjası bu şəhərdə yerləşir.

Vağzaldan bizim qaldığımız 4 ulduzlu “TRYP by Wyndham” otelinə qədər piyada 15 dəqiqəlik yoldur. Buna görə biz otelə gəzə-gəzə getməyi, həm də ətraf əraziyə tamaşa etməyi qərara aldıq. Yol boyunca hindistanlıların, pakistanlıların və digər etnosların mağaza və restoranları, yoldan bir qədər aralıda isə orta səviyyəli biznes-mərkəzlər və çoxsaylı ofislər yerləşir. Bir sözlə, burada baxmalı obyektlər az deyil. Bir qədər irəliyə gedərək deyək ki, otel orta səviyyəlidir. Səhər yeməyi alababat idi, servis xidmətləri o qədər də yaxşı deyildi, üstəlik, nömrədə çirkli stəkanlar da vardı. Aşkar görünürdü ki, bu mehmanxana öz ulduzlarının sayına uyğun deyil. Üstəlik, yaxınlıqdan tez-tez keçən qatarların gurultusu dincəlməyə imkan vermirdi.

Dincəlmək üçün şəhərin tarixi mərkəzinə getməyi qərara aldıq. Orada ekskursiya və kater gəzintisi planlaşdırılmışdı. Sxemi Berlindəki kimi qəliz olan metroya minib köhnə şəhərdəki Dom-Römer stansiyasında düşdük.

Römer “roman” deməkdir. Şəhərin bu hissəsində ən gözəl tikililərdən biri, o cümlədən ratuşa binaları kompleksi yerləşir. 1405-ci ildə şəhər şurası buradakı evləri varlı bir tacir ailəsindən alıb onları öz arasında birləşdirib. Ratuşanın yuxarı mərtəbəsində Kayzerzal deyilən “İmperator” zalı yerləşir. Müqəddəs Roma İmperiyasının başçıları tacqoyma günlərində burada banketlər keçirirmiş. Pilləvari frontonlu (lap Amsterdamda olduğu kimi) binalar 600 ildən çoxdur ki, bu şəhərin rəmzi sayılır. Evlər sırf almanlara xas olan fahverk üslubunda tikilib. Bayır tərəfdən diqqəti cəlb edən mail tirlər daşıyıcı divar kimi xidmət edir. Bu, çox effektlidir. Yeri gəlmişkən, eynilə bu cür tikililər Azərbaycanda, ötən əsrin ortalarına qədər alman koloniyasının yaşadığı Şəmkir şəhərində də qalıb.

Ratuşa binalarının qarşısındakı meydan Römerberq (Roma dağı) adlanır. Turistlərin çox xoşladığı bu meydanda tez-tez yarmarkalar keçirilir, müxtəlif yeməklər və suvenirlər satılan köşklər işləyir, yelləncəklər və karusellər fəaliyyət göstərir. Burada dincələnləri əyləndirən küçə artistləri isə “canlı heykəllər” kimi çörək pulu qazanırlar.

Qonaqlar gözəl memarlıq nümunələrinə və fəvvarələrə tamaşa edəndən sonra Römerberqi Mayn çayının o tayındakı Zaxzenhauzen rayonu ilə birləşdirən qədim dəmir körpü ilə aşağı düşürlər. 1869-cu ildə tikilmiş 170 metr uzunluğunda bu körpüdən göydələnlərə və Frankfurtun o biri məhəllələrinə baxanda qarşıda gözəl bir mənzərə açılır. Turistlər körpünü bəzəyən, qədim yunan dilində yazılmış sitata da diqqət yetirirlər. Bələdçi bizə izah etdi ki, həmin kəlamın mənası təxminən belə izah edilə bilər: “Mis tapmaq üçün tünd qara şərab rəngində dənizlə yadellilərin yanına üzürəm”.

Körpüdə Mayn çayında müxtəlif daşqın dövrlərində suyun hansı səviyyəyə qalxması da göstərilib. Oradakı nişanlara inansaq, 1342-ci ildə Frankfurt sakinləri çox böyük daşqınla üzləşiblər. O vaxt çayın səviyyəsi bir neçə metr artaraq bütün ətraf ərazi suya qərq olubmuş.

Körpü dayaqlarının yanında Primus-Line şirkətinə məxsus çay gəzinti gəmiləri dayanır. Burada piyada gəzintidən sonra çay gəzintisi də xoş olardı. Biz də belə etdik.

Maynhetten, Tsayl və Hötenin evi

Göydələnlərin sayına görə Frankfurt Almaniyada liderlik edir. Sudan tamaşa edəndə bu göydələnlər çox qəşəng görünür. Bu səbəbdən, hətta Frankfurta Nyu-Yorkun Manhetteni ilə analoji olaraq Maynhetten deyirlər.

Teploxodla ekskursiya zamanı qarşıya çıxan mənzərələr barədə dinamiklərdən ingilis dilində məlumat yayılırdı. Şəhərdə, ümumiyyətlə, hündürlüyü 150 metrdən az olmayan 12 bina və elə də cəlbedici olmayan onlarca başqa bina var. Hündür binaların əksəriyyəti şəhərin maliyyə dairəsində (Bankenviertel) yerləşir. Onlardan bəziləri xüsusi diqqət yetirilməyə layiqdir. Məsələn, “Kommersbankın” baş ofisi – hündürlüyü 259 metr (antena ilə birlikdə təxminən 300 metr) olan Kommersbank-Tauer Avropada ən hündür binadır! Messeturm və ya “Yarmarka qülləsi” – hündürlüyü 256 metr olan ofis mərkəzidir. Bu göydələnin fərqləndirici cəhəti onun piramida formasında olan gözəl damıdır. Sonra Almaniyanın Vestendturm Mərkəzi Kooperativ Bankının baş ofisinin binasını (hündürlüyü 208 metr) və Mayn Taueri (hündürlüyü 200 metr) – Hessen əyaləti bankının əsas binasını göstərmək olar. Avropa Mərkəzi Bankının keçən il açılmış qərargahı (avronun emissiyası ilə məşğul olur) isə hündürlüyü 165 və 184 metr olan iki göydələndə yerləşir.

Müasir binaların fonunda şəhərin baş kilsəsi – XIV-XV əsrlərdə qotik üslubda tikilmiş Müqəddəs Varfolomey Kilsəsi (ona İmperator kilsəsi də deyirlər) görünür. 1356-cı ildən bu kilsədə Müqəddəs Roma İmperiyasının alman millətindən olan imperatorları toplaşır, 1562-ci ildən 1792-ci ilə qədər isə imperatorların tacqoyma mərasimi keçirilirdi.

Adama gümrahlıq verən su gəzintisindən sonra Frankfurtun əsas ticarət küçəsi olan Tsayla (Zeil) yola düşürük. Almaniyanın bu izdihamlı küçəsi iki ticarət mərkəzi - Hauptvaxe (Hauptwache) və Konstablervaxe (Konstablerwache) ilə əhatə olunan piyada zonasıdır. Tsayl Almaniyada “mağaza üçün ən bahalı icarə yeri” reytinqində ikincidir. Lakin bu o demək deyil ki, burada yalnız bahalı butiklər yerləşir. Tsaylda siz çoxlu sayda orta və aşağı kateqoriyalı brend mağazalarını, o cümlədən turistlərin sevimli Primark ingilis univermağını görəcəksiniz.

Nəhayət, yorulduq, dincəlmək və güc toplamaq imkanı axtarırıq. Tsayl küçəsində yerləşən yaxşı tanıdığımız “Jumeirah” otellər şəbəkəsinin restoranından münasib bir yer tapmırıq. “Jumeirah” Almaniyada yeganə otelini məhz Frankfurtda açıb. Bu il mehmanxana beş illiyini qeyd edir.

Otelin birinci mərtəbəsində “Max on One” restoranı yerləşir, burada dünyanın müasir mətbəxlərinin təamlarını dadmaq olar. Məkanın interyeri tanınmış yapon dizayneri Takeşi Suqomito və onun “Super Potato”dan komandası – relaksasiyaya meyilli restoran dizaynı üzrə ən hörmətli və innovativ agentliklərdən biri tərəfindən hazırlanıb. Açıq rəng çalarları, bəzək elementlərində ağac və şüşədən istifadə edilməsi, yumşaq işıqlandırma son dərəcə dəbli görünür. Dadlı ət, balıq xörəkləri və tərəvəz bişirilən açıq mətbəxdən dolan ətir bizdə iştaha oyatdı.

Deyilənə görə, bu restoranda il ərzində vaxtaşırı illüzionist şousu göstərilir. Biz onu görmədik, lakin başqa bir tamaşanın şahidi olduq. Salatlar, qarnirlə balıq, kokteyl və desertlər sifariş edirik və tamaşa başlanır! Burada müştərilərə hər yeməyi şəxsən aşpaz özü və ya onun köməkçisi gətirir. Sizə yeməyi çox gözəl təqdim edəcək, onun nədən hazırlandığını və necə yemək lazım olduğunu deyəcəklər. Yeməklər kreativ tərtib olunub, ən əsası - onlar həqiqətən dadlıdır. Əgər tezliklə eşitsəm ki, bu restoran Mişlen ulduzuna layiq görülüb, təəccüblənmərəm. Hər halda restoranın heyəti elə işləyir ki, sanki bu mükafatı artıq alıbdır.

Gəzə-gəzə geri qayıdanda gözəl bir tarixi binaya rast gəlirik. Sən demə, bu, Frankfurtun ən görkəmli sakinlərindən biri olmuş İohann Volfhanq Hötenin evidir. O, 1749-cu ildə bu evdə doğulub və gənclik illərini burada keçirib. “Gənc Verterin iztirabları” romanı və “Faust”un ilk eskizləri də burada yaradılıb.

Son söz əvəzi və ya turistin arzuları

Əgər Frankfurta səfərimiz üçün iki gün deyil, daha çox vaxt ayrılsaydı, biz mütləq digər görməli yerlərə də baş çəkərdik. Hər şeydən əvvəl Muzeylər sahilinə - çoxsaylı mədəniyyət müəssisələri, o cümlədən incəsənət, kino, memarlıq, rəngkarlıq və digər muzeylərlə dolu bulvara gələrdik.

Sonra Frankfurt zooparkına gələr, 450 növdən çox heyvanı müşahidə edər və onlar barədə bir çox məlumat öyrənərdik. Üstəlik, mənim uşaq vaxtı canlı təbiət haqqında kitablarını oxuduğum Benqard Qrjimek bu zooparklardan birinin direktoru olub.

Nəhayət, 20 hektar ərazidə müxtəlif iqlim zonalarının florasının təqdim edildiyi, tez-tez beynəlxalq sərgilər və bayram tədbirləri keçirildiyi Palma bağından necə yan ötəsən!

Lakin Frankfurtla vidalaşmaq və aeroporta yola düşmək vaxtı idi. Səfər vaxtı elə yorulmuşduq ki, gedəcəyimiz aeroport haqqında məlumat toplamağa da çalışmadıq. Əbəs yerə! Yalnız onu bilirdik ki, Frankfurt aeroportu dünyanın ən böyük aeroportlarından biridir. O, elə böyükdür ki, orada daxili qatar – monorels işləyir. Qaydalara uyğun olaraq, biz də uçuş vaxtından üç saat əvvəl elə bu aeroporta yola düşdük. Yalnız ora çatanda məlum oldu ki, biz tamam başqa aeroporta – şəhərin 120 kilometrliyində yerləşən Frankfurt-Xana getməli idik. Bizim təyyarəmiz “Wizz Air” məhz buradan uçur. Tələsmək lazım idi, yoxsa reysimizi əldən buraxa bilərdik.

Hər halda, aeroportdan çıxmaq üçün monorelsə minməli olduq... Sonra iki aeroport arasında hərəkət edən avtobusu bir saatdan çox gözlədik və bir saata qədər həmin avtobusla yol getdik (biletin qiyməti 15 avro). Təyyarəyə miniyin başa çatmasına 40 dəqiqə qalmış aeroporta çatdıq.

Beləliklə, yadınızda saxlayın ki, əgər Frankfurtdan “Wizz Air” aviaşirkətinin təyyarəsi ilə uçacaqsınızsa, Xan aeroportuna getmək lazımdır! Qalan hər şey əla keçdi. Reysimiz tranzit idi – Budapeştdən Bakıya uçuşdan əvvəl gecəni orada keçirməli olduq. Macarıstanın paytaxtı ilə tanış olmaq şansımızı buraxmadıq. Lakin bu başqa bir hekayətdir...

Emil Eyyubov

Məxsusi olaraq AZƏRTAC üçün

Foto: E.İbrahim

Almaniyanı kəşf edirik: Frankfurt-Mayn - göydələnlər və yarmarkalar diyarı VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib